Sənan Qurbanov: "Məğlubiyyətlərdən təngə gəlmişdik"

"Məğlubiyyətlərdən təngə gəlmişdik. Fasilənin olması işimizə yaradı. Yumruq kimi birləşdik. Psixoloji gərginliyimiz var idi".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 8-ci turunda "Neftçi"yə 3-1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Gənc mütəxəssis qalib gəldikləri oyunu şərh edib: "Məğlubiyyətlər artıq bizi bezdirmişdi. Futbolçularımın gözlərinə baxanda alışıb-yandıqlarını görürdüm. Oyunu səbirsizliklə gözləyirdilər. Aqil Məmmədova da xüsusi alqış düşür. Öz oyunu gözləyirdi. Gözəl qurtarışlar etdi. Bu oyuna görə sevindik, amma artıq bunu unutmalı və növbəti matçlara hazırlaşmalıyıq. Azarkeşlərimizi təbrik edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right