"Vorskla"nın hücumçusu "Qarabağ"dan 6 xal ala biləcəklərini söyləyə bilmir

“Vorskla”nın futbolçusu Mixail Serqiyçuk Avropa Liqasının qrup mərhələsinin III turunda oktyabrın 25-də “Qarabağ”la Bakıda keçirəcəkləri oyundan danışıb.

Newsport.az xəbər verir ki, hücumçu rəqibi təhlil etmədiklərini bildirib: “Qarabağ”la  oyunlarda 6 xal götürməyinin nə dərəcədə real məqsəd olduğunu növbəti cümə axşamı biləcəyik. Hələlik heç nə deyə bilmərəm. Çünki azərbaycanlıların oyununu təhlil etməmişik. Yalnız Avroliqadakı matçlarının icmalını izləmişik”.

Mixal klubunun ona borcunu bağladığını söyləyib: "Bu, məndə elə də böyük məbləğ deyildi. Digər futbolçulatımızın da borcları verilib, ancaq hamının yox. Komandada uzun müdət qalanların hələ məsələləri qalıb. Çox futbolçu "Vorskla"da belə maddi problemlərin olmadığı, hər şeyin yaxşı olduğu dövrdən çıxış edir. Belə vəziyyət yarananda onların ürəyi sakit deyil. Ancaq inanırlar ki, vəziyyət düzələcək, çünki "Vorskla"nın uğurları üçün çox şey veriblər. Bu, asan deyil ki, durub harasa gedəsən".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right