Ayaz Quliyevli “Rostov” “Lokomotiv”ə uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək oynayıb. Quliyev 31-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Rostov” hazırda 18 xalla 5-ci pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right