Elvin Yunuszadənin yeni klubu bəlli oldu

Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq üzvü Elvin Yunuszadənin yeni klubu bəlli olub.

Newsport.az saytının məlumatına görə, Qurban Qurbanovun qərarı ilə “Qarabağ”dan göndərilən futbolçunun adı bir neçə klubla hallansa da, müdafiəçi debütant "Sabah"la anlaşıb. 26 yaşlı futbolçu "Neftçi"dən tanıdığı Elşad Əhmədovun rəhbərliyi altında oynamağa razılıq verib.

Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində Azərbaycanın iki ən köklü klubunda – “Neftçi” və “Qarabağ”da  forma geyinib. Yunuszadə qısa zaman kəsiyində “Simurq”da da çıxış edib. 

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right