"Neftçi"nin sabiq baş məşqçisi "Astana"nı çalışdıracaq?

Roman Qriqorçukun “Astana”nı tərk etməsindən sonra komandanın yeni baş məşqçisi açıqlanmayıb.

Newsport.az saytının məlumatına görə, Qazaxıstan klubu “Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjelaya təklif göndərib. 65 yaşlı çalışdırıcı bu təklifə hələ ki, cavab verməyib.

Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” “Qəbələ”nin sabiq baş Roman Qriqorçukla yolları ayırsa da, ictimai qınağın qarşısını almaq üçün rəsmi açıqlama vermir.

Qeyd edək ki ki, Petrjela 2007/08-ci illərdə “Neftçi”nin "sükanı arxasında" olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right