“Azərbaycanla sanki həndbol oynayırdıq”

21 yaşadək futbolçulardan ibarət Norveç yığmasının baş məşqçisi Leif Gunnar Smerud AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri ev oyunundan danışıb.

Newsport.az xəbər verir ki, o, bu qarşılaşmanı həndbol matçı ilə müqayisə edib:

“Daim müdafiədə oturan komandaya qarşı oynadıq. Rəqibin 1-2 cəhdi oldu ki, onlardan da biri penalti ilə nəticələndi. Elə təəssürat yaranırdı ki, futbol yox, sanki həndbol oynayırıq. Çünki daim rəqibin cərimə meydançasının ətrafında olurduq, amma fərqlənə bilmirdik. Düşünürəm ki, daha çox qol vurmalı idik”.

Qeyd edək ki, Norveç - Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right