Şehiçin agentindən “Qalatasaray” açıqlaması

"Şehiçin "Ərzurumspor"la 1 illik müqaviləsi var. "Qalatasaray"ın İbrahimlə maraqlanması onun üçün qürurdur. Ancaq son qərarı klub verəcək".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq qolkiperi İbrahim Şehiçin agenti Fatih İlek deyib. O, 30 yaşlı qapıçının transferi üçün əllərindən gələni edəcəklərini deyib: "Əgər "Ərzurumspor" "ok" desə, transfer üçün əlimizdən gələni edəcəyik. Klublar şərtləri razılaşsalar, biz də bu yöndə çalışacağıq. Şehiç Türkiyədə 3 ən yaxşı qapıçıdan biridir".

Agent Şehiçin "Qarabağ"dan ayrıldıqdan sonra "Trabzonspor", "Fənərbaxça" və "Qalatasaray"ın maraq dairəsinə düşdüyünü də qeyd edib.

Qeyd edək ki, İbrahim Şehiç 2013/18-ci illərdə "Qarabağ"da çıxış edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right