Nazarov üsyan etdi: "Bundan məmnun deyiləm"

"Sonuncu dəfə 90 dəqiqə nə vaxt oynadığım yadımda deyil. Mən bundan məmnun deyiləm. Bu, hər kəsə bəllidir. Sonuncu dəfə ötən mövsüm 90 dəqiqə oynamışam".

Newsport.az xəbər verir ki, bu sözləri Almaniya II Bundesliqa təmsilçisi "Aue"də çıxış edən millimizin üzvü Dmitri Nazarov deyib. 28 yaşlı futbolçu millidə uğurlu çıxış etdiyini və klubda da bunu davam etdirmək istədiyini deyib: "Millidə hər iki oyunda 90 dəqiqə oynadım və bu, mənim üçün çox xoş oldu. Farer adalarına qol vurdum. Yığmadakı uğurlu çıxışımı Almaniya çempionatında davam etdirmək istəyirəm. İstənilən yerdə oynaya bilərəm. Əsas odur ki, mənə şans verilsin".

Qeyd edək ki, Nazarov 2016-cı ildən "Aue"də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right