"Qarabağ"ın zədəlisi geri döndü

"Qarabağ" zədəli futbolçusu Donald Gerye kollektiv məşqlərə başlayıb.
 
Newsport.az xəbər verir ki, çiynindən ciddi zədə alan Ağdam klubunun cinah futbolçusu sağalıb.
 
29 yaşlı oyunçunun oktyabrın 25-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Vorskla" ilə oyunda iştirak edib-etməyəcəyi hələ ki, bəlli deyil.
 
Qeyd edək ki, Donald Gerye Topaz Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ" - "Zİrə" matçında (3-2) zədələnmişdi.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right