"Qarabağ"ın legioneri: "Bakıda sürücülər tez-tez siqnal verirlər"

"Qarabağ"ın qapıçısı Vaqner da Silva "Xəzər TV"yə müsahibə verib.

Newsport.az saytı həmin müsahibəni təqdim edir:

- Uşaq olarkən atanın və əminin şirkəti iflasa uğrayıb. Bu, sənin karyerana necə təsir edib?

- Əlbəttə, təsirirsiz ötüşməyə bilməzdi. Bu, mənə 16 yaşından bəri məsuliyyətli olmağı öyrətdi. Artıq ailəmə kömək etməyə başladım. Təbii ki, bunları futbolun köməkliyilə edirdim. Əmim futbolla məşğul olurdu. 5 yaşından onun oyunlarını izləməyə gedirdim. O, qapıda dururdu. Onun oyunlarına baxandan sonra məndə qapıda durmaq həvəsi yarandı. Sonrada atamla "San Paulu"nun oyunlarına getməyə başladım. Bir dəfə "San Paulu"nun əfsanəvi qapıçısı Zet mənə imzalı formasını verdi. Bundan sonra qapıçılığa həvəsim daha da artdı.

- "Qarabağ"a gəlməmişdən əvvəl yəqin ki, ölkəmizlə maraqlanmısan. Diqqətini nələr çəkmişdi?

- Getdiyin ölkə ilə əvvəlcə maraqlanmalısan. "Qarabağ"a gəlməmişdən əvvəl bəzi ərəb klublarından təkliflər almışdım. Yoldaşımla məsləhətləşdim. O səyahət etməyi çox xoşlayır. Xanımın dünya ölkələrini məndə yaxşı tanıyır. O, mənə Bakı haqda fantastik şeylər danışdı. Ümumiyyətlə, Azərbaycan son illərdə çox inkişaf edib. Avropa futbolunu daim diqqətimdə saxlayıram. "Qarabağ" Çempionlar Liqasına vəsiqə qazananda TV-də bu klubla bağlı süjet hazırlamışdılar. Mən də ona baxaraq, "Qarabağ" barədə məlumat topladım. Bundan əlavə, "Boavişta"da Emin Mahmudovla Kamran Ağayevlə komanda yoldaşı olmuşam. Onlar mənə "Qarabağ" və Azərbaycan barədə həmişə müsbət sözlər deyiblər. "Qarabağ"a gəldiyim üçün xoşbəxtəm.

- Evli futbolçulara klub seçmək bir qədər çətin olur. Xanımlar onların qərarlarına müdaxilə edirlər.

- Seçim edərkən həyat yoldaşını da düşünməlisən. Onun da fikirlərinə hörmətlə yanaşmalısan. Mənim xanımım vəkildir. Amma hər şeyi kənara atıb, özünü mənə həsr edib. Bütün müqavilə məsələlərində mənə kömək olur. Klub dəyişəndə birgə məsləhətləşirik. Ailə xoşbəxt olan bu, karyerana birbaşa təsir edir. 

- Hannes Halldorsson kimi təcrübəli qapıçı ilə rəqabət aparmaq necədir?

- Rəqabət hər zaman inkişafa yol açır. Bu, Hannes Halldorssonla da belədir. O, çox güclü qapıçıdır. Digər komandalarda olduğu kimi, "Qarabağ"da da maksimumu verməyə çalışıram. Məşqlərdə və oyunlara əlimdən gələni edirəm. 

- Fərqi ölkəyə gəlmisən. Burada yerli mətbəxə necə öyrəşdin?

- Çətin olmadı. Mən yeni şeyləri kəşf etməyi sevirəm. Komanda yoldaşım Qara Qarayevlə yerli mətbəx barədə danışırıq. Qara mənə söz verib ki, milli yeməklərinin yaxşı hazırlandığı xüsusi bir yerə aparacaq. Burada insanlar çox səmimi və qonaqpərvərdirlər. Çətinliyə düşən kimi, kömək etməyə çalışırlar. Bir çatışmayan cəhət yol hərəkət qaydalarıdır. Sürücülər çox tez-tez siqnal verirlər.

- Azərbaycanda başına maraqlı hadisə gəlib?

- Bir dəfə bizə iki günlük istirahət verdilər. Mən yoldaşımla Qusara gedirdim. Birdən qarşımıza qoyun sürüsü çıxdı. Yoldaşım buna çox təəccübləndi. Ancaq mən kənddə böyüdüyüm üçün belə şeyləri normal qarşılayıram. Xanımım şəhərdə yaşayan biri olduğu üçün belə hadisələrlə rastlaşmayıb. Vəziyyəti ona izah etdim, başa düşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right