Fəhmin Muradbəyli: "Oyunumuz istədiyimiz kimi gedirdi"

"Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı".

Newsport.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fəhmin Muradbəyli deyib. Avropa çempionatının seçmə mərhələsində Norveçlə heç-heçə etdikləri oyunu (1:1) dəyərləndirən gənc hücumçu vurduğu qoldan danışıb:

"Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibi əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right