21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası 5-ci qrupda Norveçlə qarşılaşıb.
Yığmamız qrupda çıxmaq şansını itirsə də, ötən ay Bakıda 1:3 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışıb. Lakin matçın 9-cu dəqiqəsində hesabda irəli çıxan komandamız üstünlüyünü qoruya bilməyib. Meydan sahibləri 76-cı dəqiqədə hesabı bərabərləşdirib.
Qrupun digər oyunlarında İsrail Kosovonu 3:0, Almaniya isə İrlandiyanı 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandamız qrupda keçirdiyi 10 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən, 3 görüşdə heç-heçə edən gənclərimiz qrup mərhələsini sonuncu pillədə başa vurub.
16 oktyabr
Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
20:15. Norveç - Azərbaycan - 1:1
Qol: Fəhmin Muradbəyli, 9 (0:1), Ostiqard, 76 (1:1)
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)
Drammen. "Maryenlist” stadionu.
1.
|
Almaniya
|
10
|
8
|
1
|
1
|
33:7
|
25
|
2.
|
Norveç
|
10
|
4
|
3
|
3
|
15:13
|
15
|
3.
|
İrlandiya
|
10
|
4
|
2
|
4
|
12:15
|
14
|
4.
|
İsrail
|
10
|
4
|
2
|
4
|
17:18
|
14
|
5.
|
Kosovo
|
10
|
3
|
3
|
4
|
9:12
|
12
|
6.
|
Azərbaycan
|
10
|
0
|
3
|
7
|
6:27
|
3
|