Ufuk Budak və Ozan Can üçün kubokda yeni rəqib

Futbol üzrə Türkiyə Kubokunda 4-cü təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” bu mərhələdə “Şile Yıldızspor”la qarşılaşacaq.

Millimizin sabiq forvardı Dəniz Yılmazın şərəfini qoruduğu “Gənclərbirliyi” “Diyarbəkirspor”a rəqib olub.

Gənclərdən ibarət yığmamızın üzvü Ozan Can Kökcünün klubu – “Girəsunspor” isə “Gümüşhanespor”la qarşılaşacaq.

Bu mərhələdə qaliblər bir oyuna əsasən müəyyənləşəcək. Qarşılaşmalar 30-31 oktyabr və 1 noyabrda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right