“Qarabağ” legionerlərin yolunu gözləyir

“Qarabağ” Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı “Səbail”lə oyuna hazırlığını davam etdirir.
 
Newsport.az xəbər verir ki, komanda bir günlük istirahətin ardından bu gün çalışmaları bərpa edib. Komandanın bu günkü məşqi təxminən 1 saat davam edib. Futbolçular yüngül toplu çalışmalarla hazırlığı başa vurub.
 
Milli komandada olan futbolçular da komandaya qoşulub. İslandiya millisinə dəvət alan qapıçı Hannes Halldorsson bu gün Bakıya gələcək.
 
Bolqarıstan və Konqo yığmalarında yer alan iki futbolçu - Simeon Slavçevlə Con Delarjın isə bu gün baş tutacaq oyunlardan sonra ölkəmizə qayıdacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right