“Məni Azərbaycan üzərində necə qələbə qazanmaq düşündürür”

Kosovo millisinin baş məşqçisi Bernard Şalland komandasının Millətlər Liqasındakı şansları barədə fikirlərini bölüşüb. Newsport.az  xəbər verir ki, 67 yaşlı mütəxəssis yarışın yarımfinalında hansı rəqiblə qarşılaşmaq istəməsi sualını özünəməxsus qaydada cavablandırıb:
 
“İndi potensial rəqiblər barədə düşünmürəm. Bütün fikirlərim qrup mərhələsində qalan 2 oyundu. Məni Malta və Azərbaycan yığmaları üzərində necə qələbə qazanmaq barədə sual düşündürür. Əsas rəqiblərimiz bu iki komandadı”.
 
Qeyd edək ki, Millətlər Liqasının C qrupunda mübarizə aparan Kosovo 4 turdan 8 xalla liderdi. Şallandın komandası millimizi 2 xal arxada qoyur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right