Qvineyalı futbolçu "Neftçi"də

"Neftçi" baxışa yeni futbolçu dəvət edib.

Newsport.az saytının məlumatına görə, bu, qvineyalı Mamadu Kanedir. 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. Qvineyanın “Kaloum Star” klubunun üzvü olan futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

Qeyd edək ki, məşqçilər korpusu bu gündən məşqlərə qoşulan afrikalı futbolçu haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right