Aftandil Hacıyev kapitandan pis xəbər verdi: “Hansısa futbolçunu göndərə bilərik”

“Bilirsiniz ki, milli komandaların oyunları ilə əlaqədər olaraq çempionatda fasilə yaranıb.  Fasilədən maksimum yararlanmağa çalışdıq.  Yoldaşlıq görüşü keçirmək planımız var idi və “Qəbələ” ilə razılığa gəldik.  Hər iki komanda üçün yaxşı oyun alındı. Oyun praktikası az olan futbolçuları görmək şansımız oldu. Həm hücumda, həm müdafiədə səhvlərimiz var idi. Bu oyunu analiz edəcəyik və “Qarabağ”la görüşümüzə hazırlaşacağıq”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Qəbələ”yə qarşı keçirdikləri yoxlama görüşünü dəyərləndirərkən deyib

O, milli komandaların oyunlarına görə çempionatda yaranan qısa müddətli fasilənin “Səbail” üçün üstünlük olduğunu söyləyib: “Oyun praktikası baxımından qazandıq.  Bilirsiniz ki, komandamız gec komplektləşib. Ona görə də bir neçə futbolçumuz praktika əldə edə bilməyib.  Bu görüşdə daha çox oynamayan futbolçulara şans verdik, onların nəyə qadir olduqlarını görə bildik”.

Gənc mütəxəssis zədəli futbolçuların durumu barədə məlumat verib, komandanın kapitanı Eltun Yaqublunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb: “Eltun Yaqublunun zədəsi ciddidir.  Ən azı qışa qədər komandamıza kömək edə bilməyəcək. Qışdan sonra isə həkimlər nə zaman geri dönəcəyini açıqlayacaqlar.  Tamazi Tsetsxaladze isə fərdi məşqlər edir. Onun yaxın zamanlarda komandamıza kömək edəcəyi gözlənilir”.

Hacıyev qışda komandada dəyişikliklər olacağını istisna etməyib: “İndidən hansısa fikir bildirmək çətindir.  Ancaq bütün komandalarda olduğu kimi, bizdə də dəyişikliklər ola bilər.  Hansısa futbolçunu göndərib, digəri ilə əvəzləyə bilərik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right