Qurban Qurbanov: "Onları milliyə məcburiyyətdən dəvət edirik"

"Hər oyunumuz vacibdir. Oyunların sayı azaldıqca daha da vacibləşir".

Newsport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov Milləttlər Liqasında Maltaya qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib. 

Təcrübəli mütəxəssis futbolçularından gözəl oyun gözlədiyini bildirib və Malta ilə qarşılaşmanın çətin keçəcəyini sözlərinə əlavə edib: "Fərqli sistemdə oynayan çətin rəqibə qarşı oynayırıq. Maltanı tanıyırıq. Oyunun vacibliyini yaxşı bilirik. Diqqətimiz bu oyundadır. Futbolçularım sabah ən yaxşı oyunlarından birini oynamağa çalışacaqlar. Düşünürəm ki, bunu bacaracaqlar".

- "Qarabağ"ın oyunlarında futbolçuları yaxşı oyuna, millidə isə nəticə üçün kökləyirsiniz. Eyni futbolçulardan fərqli motivasiyalar tələb etmək sizdı çaşqınlıq yaratmır?

- Yaxşı nəticə üçün yaxşı oynamaq lazımdır. Bunun üçün daim çalışırıq. Bəli, fərqli turnirlərdir. Hər bir halda, meydana yaxşı oynamaq üçün çıxırıq. Həmçinin, yaxşı oyunla yaxşı nəticə də arzulayırıq. Bu, ilk məqsədimizdir. Ola bilər ki, “Qarabağ”la millinin oyununda fərqlər var. Futbolçular daim maksimumu yerinə yetirmək üçün çalışırlar. 

- Farer adaları ilə matçla müqayisədə heyətdə dəyişiklik olacaq?

- Heyətdə elə də dəyişiklik olmayacaq. Çox da dəyişiklik etmək fikrimiz yoxdur. Əsas məşqimiz sabah səhər olacaq. Futbolçuların yorğunluğunu nəzərə alaraq, bugünkü məşq ağır olmayacaq. Sabah konkret olaraq, səhər məşqindən sonra heyəti müəyyənləşdirəcəyik.

- Kosovoya hər iki oyunda qol vuran rəqibin son bir ayda hansı dəyişiklikləri var? Rəqibin kapitanı Maykl Mifsudun yoxluğunu Azərbaycan millisinin xeyrimizədir?

- Çox düzgün qeyd etdiniz. Malta hər üç oyunda qol vurub. Bu, bizi diqqətli olmağa vadar edir. Çox fərqli sistemdə oynayırlar. Bu komandanı yaxşı tanıdıq. Kosovo ilə oyunlarına baxmışıq. Bizi heç də asan oyun gözləmir. Bu komandaya qol vurmaq üçün çox çətinlik çəkməliyik. Mifsudun yoxluğunu problem adlandırmazdım. Mifsuda simpatiyam var. 37 yaşı var, amma əsl peşəkardır. O, bizim futbolçulara da nümunədir. Onun olmamasına sevinmirəm. Rəqiblərin həmişə əsas heyətlə oynamalarını istəmişəm. Amma Maltanın sürətli futbolçuları var. Lakin kapitan aparıcı sima idi. 

- Rüfət Dadaşovun daha öncədən milliyə dəvət etmədiyiniz üçün təəssüflənmirsiniz?

- Xeyr, təəssüflənmirik. Biz həmişə toplantılarda dəyişikliklər edirik. Yeni adlara rast gəlinir. Əfsuslar olsun ki, bunu bütün futbolçulara şamil etmək olur. Elə oyunçular var ki, klublarında oynayır, amma bizim düşündüyümüz sistemə uyğun deyilər. Bəzən onları milliyə məcburiyyətdən dəvət edirik. Çünki oyunçu sayımız elə də böyük deyil. Rüfətin çox oyunlarını izləmişdik. Lazım olan vaxtda dəvət etdik. Klubunu dəyişmişdi, daha sonradan zədələndi. Amma onun olmadığı dönəmdə digər futbolçularla yaxşı nəticələrə çalışırdıq. Hər bir futbolçumuzun performansını yaxşılaşdırmasına ehtiyacı var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right