“Sumqayıt” “Zirə”yə məğlub oldu

Futbol üzrə milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt” ilə “Zirə” də yoxlama oyununda üz-üzə gəlib.

Newsport.az-ın məlumatına görə, sözügedən komandalar “Sumqayıt Arena”nın süni örtüklü meydançasında qarşılaşıblar. 

Üç qolun vurulduğu zirəlilərin qələbəsiylə başa çatıb - 2:1.

Meydan sahiblərinin yeganə qolunu qarşılaşmanın son dəqiqələrində Nicat Qurbanov rəqib qapısından keçirib. “Zirə”yə qələbə qazandıran qolları isə Mirsayib Abbasovla Vüsal İsgəndərli vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right