“Əsas odu ki, sükanı belə saxlayaq”: Petrov

“Neftçi”nin müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytına müsahibə verib. 

Newsport.az xəbər verir ki, sualları cavablandıran ukraynalı futbolçu ilk dövrənin yekunu ilə bağlı fikirlərini bildirib:

- Çempionatın ilk dövrəsi arxada qalıb. Komanda 7 turdan sonra liderdi. Təəssüratlarınız necədi?


- Hər şey yaxşıdı. Əsas odu ki, sükanı belə saxlayaq. Təbii ki, çətinliklər olacaq, amma ruhdan düşməməliyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bu cür davam etsək, hər şey daha da yaxşı olacaq.

- Bu mövsüm Topaz Premyer Liqası komandamız üçün Avropa Liqasının uğursuzluğu fonunda başladı. O uğursuzluqdan sonra heç təsəvvürünüzə gətirə bilərdiniz ki, ilk dövrədən sonra lider olacağıq?


- Düzdü, turnir cədvəlində birinci yerdəyik, amma unutmayaq ki, yeni komandamız var. Bir-birimizlə bundan da yaxşı anlaşmağın üzərində işləyirik. Mən bunu 7 turdan sonra deyirəm. Təsəvvürünüzə gətirin, mövsümün əvvəlində bu mənada vəziyyət necə idi. İlk turdan sonra oyunumuzdan nə baş məşqçi, nə rəhbərlik, nə də azarkeşlər razı idi. İndi isə vəziyyət xeyli dəyişib.

- Komandamız ilk dövrədə cəmi 3 top buraxıb. Oyunların əksəriyyətində müdafiənin mərkəzində Anton Krivotsyukla siz oynamısız...


- Təbii ki, Ruslan Abışov güclü futbolçudu. Amma hesab edirəm ki, Anton Krivotsyuk geridə qalan turlarda onu layiqincə əvəzləyib. Çalışıram Antona oyun zamanı kömək edim. O mənim tövsiyələrimi tez dərk edir. Düşünürəm ki, komandamız müdafiədə heç bir problem yaşamır.

- Bir neçə dəfə komandanı meydana kapitan qismində çıxarmısız. "Neftçi”nin kapitanı olmaq sizin üçün nə deməkdi?


- Təbii ki, böyük şərəfdi. Hər halda, legionerlərdən ən təcrübəlisi mənəm. Yəqin ki, həm də göstərdiyim oyunla bu sarğıya layiq olduğumu nümayiş etdirmişəm. Məşqçilərə və rəhbərliyə bu etimada görə minnətdaram.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah