"Azərbaycanla çətin oyunumuz olacaq”:Ray Farruciya

"Kosovo qələbəyə layiq oynadı. Bu komandanın parlaq gələcəyi var. Qrupun ən güclüsünə uduzduq".
 
Newsport.az xəbər verir ki, bu sözləri Millətlər Liqasınının qrup mərhələsinin 3-cü turunda səfərdə Kosovoya 0-2 hesabı ilə uduzan Malta millisinin baş məşqçisi Ray Farruciya deyib. Maltalı mütəxəssis komandanın kapitanı Maykl Mifsudun qırımızı vərəqə alması ilə planların pozulduğunu deyib: "İlk hissədə heç de pis oynamadıq. Fasilədən sonra rəqib təzyiqi artırmışdı. Qırmızı vərəqə isə bütün planları pozdu. Mifsud Azərbaycanla görüşü buraxmalı olacaq. Bizi Bakıda çətin görüş gözləyir".
 
Azərbaycan - Malta oyunu oktyabrın 14-ü, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
Qeyd edək ki, qrupun 4-cü turunda Farer adaları Kosovo ilə, Azərbaycan millisi Malta ilə üz-üzə gələcək. Qrupa 7 xalla Kosovo başçılıq edir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right