Riçard birinci, Qara üçüncüdür

 
Milli komandamızın üzvləri Riçard Almeyda və Qarayev UEFA Millətlər Liqasının 3-cü turunun ilk oyun günündən sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında ilk 3-lükdə qərarlaşıb.
 
Newsport.az braziliyalı milliləşmiş yarımmüdafiəçi 215 dəqiq ötürmə ilə siyahıya başçılıq edirsə, Qarayev 3-cü pillədə yer alır. Onun ehtiyatında 201 ötürmə var. “Qarabağ”ın futbolçusu İspaniya millisinin üzvü Serxio Ramosdan cəmi 3 ötürmə az edib.
 
Qeyd edək ki, D liqasında mübarizə aparan millimiz dünən səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəlib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right