“Astana”dan Almeydanın dubluna xüsusi diqqət

“Astana” klubunun rəsmi saytı Riçard Almeydanın Azərbaycan millisinin heyətində 2 qol vurmasına xüsusi diqqət göstərib.

Newsport.az xəbər verir ki, sayt dünən Farer adaları ilə görüşdə braziliyalı milliləşdirilmiş oyunçunun 2 qol vurmasını baş xəbərləri sırasına çıxarıb.

Xəbərdə “Astana”lı oyunçunun dubl etdiyi, bununla da millidə qolların sayını 3-ə çatdırdığ qeyd olunub. “Bu isə ona sözügedən turnirdə millinin ən yaxşı bombardiri olmağa imkan verir” – deyə xəbərdə bildirilib.

Xatırladaq ki, UEFA Millətlər Liqasının Malta - Azərbaycan matçında (0:3) Riçard Almeyda komandamızın 28 və 86-cı dəqiqədə (penalti) vurduğu qolların müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right