“Bəztimiz gətirmədi”: Olsen

"İlk hissədə Azərbaycandan üstün oynadıq. Bəxtimiz gətirmədi. Qol vura bilmədik".

Newsport.az  xəbər verir ki, bu sözləri Millətlər Liqasının qrup mərhələsində evdə Azərbaycan yığmasına 0-3 hesabı ilə uduzan Farer adalarının baş məşqçisi Lars Olsen deyib. Danimarkalı mütəxəssis qol şanslarının gətirmədiyini deyib: "Hesabı aça bilmədik. Qol vursaydıq, oyunu axarı başqa cür olacaqdı. Rəqib hesabı açanda qol fürsətlərimiz yenə də oldu, lakin status-kvonu bərpa edə bilmədik. Şanssızlıq oldu, qol vurmadıq".

Qeyd edək ki, qrupun 4-cü turunda Farer adaları Kosovo ilə, Azərbaycan millisi Malta ilə üz-üzə gələcək. Qrupa 7 xalla Kosovo başçılıq edir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right