4-cü dubl

Riçard Almeyda Azərbaycan millisinin heyətində ilk dubluna imza atıb. Braziliyalı yarımmüdafiəçi Millətlər Liqasının Farer adaları ilə səfər matçında 2 qol vurub.

Newsport.az xəbər verir ki,  3:0 hesablı qələbəyə qədər yığmamızın futbolçuları 10 dəfə belə uğura sevinmişdi. Lakin bunlardan çoxu yoxlama tipli görüşlərə təsadüf edib.

Riçard rəsmi xarakter daşıyan oyunlarda 4-cü dublu gerçəkləşdirib. Bunu bacaran ilk futbolçu isə yığmanın indiki baş məşqçisi Qurban Qurbanov olub. O, 2003-cü ildə AVRO-2004-ün Serbiya və Monteneqro ilə matçında (2:2) 2 qol vurub. 12 il sonra AVRO-2016-nın Maltadakı görüşündə (2:2) isə Rahid Əmirquliyev coşub.

İlk iki dubl Almeydanın qolları kimi səfərdə gerçəkləşibsə, 3-cü Bakıda qeydə alınıb. Evdəki yeganə dubl isə ötən il San-Marino üzərindəki 5:1 hesablı qələbə zamanı Əfran İsmayılovun hesabına yazılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right