Nazarov özünə 3 şərik tapdı

Farer Adaları ilə Millətlər Liqası oyununda fərqlənən Dmitri Nazarov Azərnbaycan millisinin heyətində vurduğu qolları 7-yə çatdırıb. Newsport.az xəbər verir ki, o, bununla yığmanın bombardirləri sırasında 3-cü yerə şərik olub.

28 yaşlı futbolçu 7-ci qolu ilə Azərbaycan futbolunun "qızıl oğlan"ı Zaur Tağızadəni keçib. O, hazırda Rauf Əliyev, Branimir Subaşiç və Elvin Məmmədovla 3-6-cı yerləri bölüşdürür. Siyahıda lider isə 14 qolla millinin hazırkı baş məşqçisi Qurban Qurbanovdu.

1. Qurban Qurbanov - 14

2. Vaqif Cavadov - 9

3-6. Rauf Əliyev, Branimir Subaşiç, Elvin Məmmədov, Dmitri Nazarov - 7

7. Zaur Tağızadə - 6





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right