"Kosovoya çatmağa gücümüz var" - Rüfət Dadaşov

"Yaxşı oyun alındı. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasında Farer adalarına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Fikrimcə, baş məşqçinin tapşırıqlarını uğurla yerinə yetirdik. Önəmli deyil, qol vurdum, ya yox. Əsas qələbə qazanmaq və Azərbaycan futbolsevərlərini sevindirmək idi. Bu matçı unudub Malta ilə qarşılaşmaya köklənməliyik" -  deyə o bildirib.

Rüfət 4 illik fasilədən sonra millimizə dönüşünü qol ötürməsi ilə qeyd edib. Onun ötürməsindən sonra D.Nazarov fərqlənib. Dadaşov bu qolu belə şərh edib: "Dəqiq bilirdim ki, həmin mövqeyə Dmitri Nazarov açılacaq. Fiziki durumumuza gəlincə, Maltayla matçadək bərpa oluna bilərik. Axı, biz peşəkarıq. Kosovoya çatmağa gücümüz var. Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, hazırda qrup lideri olan Kosovodan 2 xal geri qalan millimiz Maltanı oktyabrın 14-də Bakı Olimpiya Stadionunda qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right