Nazarov Zaur Tağızadəni keçdi, 3-cü yerə şərik oldu

Azərbaycan millisinin bombardirləri siyahısında dəyişiklik olub.

Newsport.az saytının məlumatına görə, Millətlər Liqasının qrup mərhələsinin III turunda səfərdə Farer adaları ilə oyununda qol vuran Dmitri Nazarov yığmada 7-ci dəfə fərqlənib.

Bununla da, yarımmüdafiəçi yığmamızın 26 illik tarixinin bombardirləri siyahısında 3-cü yerə şərik olub.

28 yaşlı futbolçu 7-ci qolu ilə Zaur Tağızadəni keçib, Rauf Əliyev, Branimir Subaşiç və Elvin Məmmədova çatıb.
 
Millimizin bombardirləri:

1. Qurban Qurbanov 14
2. Vaqif Cavadov 9
3-6. Rauf Əliyev, Branimir Subaşiç, Elvin Məmmədov, Dmitri Nazarov – 7
7. Zaur Tağızadə - 6.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right