"Qrup lideri olmaq istəyirik": Farer adalarının müdafiəçisi

"Oyun yaxşı hazırlaşmışıq. Hava şəraiti əlverişli olmasa da, bunu düşünmürük. Qalib gəlib, qrup lideri olmaq istəyirik".

Newsport.az xəbər verir ki, bu sözləri millimizlə oyundan öncə Farer adalarının futbolçusu Atli Qreqersen deyib. 36 yaşlı müdafiəçi bu qarşılaşmada uduzmamaları üçün əllərindən gələni edəcəklərini bildirib: "Azərbaycan millisi topla yaxşı rəftar edir. Rəqibimiz yaxşı komandadır. Onlara tez qol vursaq, üstünlük əldə edəcəyik. Bu oyunda uduzmaq olmaz. Əks halda, Kosovonu daha da irəli buraxa bilərik".

Qeyd edək ki, Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə 22-45-də başlayacaq

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right