Ray Farruciya: "Kosovo ilə oyun Azərbaycanla matça təsir edəcək"

"İki ardıcı çətin səfər oyunu keçirəcəyik. Kosovonu yaxşı təhlil etmişik. Oyunları səbirsizliklə gözləyirəm".

 

Newsport.az xəbər verir ki, bunu Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasında Kosovo və Azərbaycan yığmaları ilə keçiriləcək oyunlardan öncə deyib. Maltalı mütəxəssis hər iki oyundan müsbət nəticə qazanmaq istədiklərini deyib:

 

"Kosovo ilə oyunda müsbət nəticə qazansaq, Azərbaycanla matça təsir edəcək. Bakıya qalib kimi yollansaq, səfərdə şanslarımız olacaq. Biz hər oyuna müsbət nəticə qazanmaq üçün çıxırıq. Milli komandanı inkişaf etdirmək üçün çalışırıq".

 

Qeyd edək ki, Malta bu gün Kosovonun, 3 gün sonra isə millimizin qonağı olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right