Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandıracaq

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda mətbuat üçün açıq məşqi olacaq.

Newsport.az-ın məlumatına görə, oktyabrın 12-də, saat 17:00-da, Bayıl Arenada başlayacaq məşqdən əvvəl - saat 16:30-da baş məşqçi Rəşad Sadıqov və futbolçular jurnalistlərin suallarını cavablandıracaq.

Azərbaycan millisi Norveçə oktyabrın 13-də yola düşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right