"Farer adaları taktiki cəhətdən intizamlı komandadır" - Pavel Paşayev

UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan oyunundan öncə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun və yığmanın üzvü Pavel Paşayevin iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Newsport.az-ın məlumatına görə, Paşayev rəqibin intizamlı komanda olduğunu bildirib:

“Rəqibi təhlil etmişik. Taktiki cəhətdən intizamlı komandadır. Düzdür, uzun yol qət etmişik. Ümid edirəm ki, sabah yaxşı oyun göstərə biləcəyik”.

Farer adaları - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right