Qurbanov iddialıdır: “Ən yaxşı oyunumuzu göstərməliyik”

UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Torshavnda Farer adaları yığmasının qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssislə birgə “Aleksandriya”nın müdafiəçisi Pavel Paşayev də konfransda iştirak edib. İlk olaraq baş məşqçi oyun barədə fikirlərini bildirib: 

- Bu gün danışmaqdan çox, sabah meydanda daha çox iş görməliyik. Rəqibi tanıyırıq və bilirik ki, yaxşı şansı var. Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı hazırlaşmışıq.

- Süni örtüklü meydan və futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim yetirmələrinizə nə dərəcədə mane olacaq? Üstəlik, meydançanın ölçüləri də bir qədər standartlardan kiçikdi.
- Meydançayla tanış oldum. Düşünürəm ki, hava şəraitinin bizə problemi olmayacaq. Çünki bu şərait hər iki komanda üçün eynidi. Meydançanı gəzdim, hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. Hərçənd, meydançanın ölçüsü və süni örtüklü olması bizə bir qədər problemlər yaşadacaq. Ancaq inanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya qoyacaqlar.

- Həmkarınız Lars Olsen bir qədər öncə keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasına yol yorğunçuluğuna görə çətin olacağını bildirdi. Siz necə düşünürsünüz, futbolçularımız 14 saatlıq yorğunluğu qalan saatlar ərzində üzərlərindən ata biləcəklərmi?
- Nə mən, nə də futbolçular bu barədə düşünürük. Sabah ən yaxşı futbolumuzu oynamalıyıq.

- Millətlər Liqasının görüşlərində yığmamız “dişsizlik”lə yadda qalıb. Üstəlik, Ramil Şeydayev də “Krılya Sovetov”da oyun praktikasından məhrumdu. Bunun fonunda Rüfət Dadaşovun sabah start heyətində çıxmaq perspektivləri nə dərəcədə realdı və məşqdə gördüklərinizə əsasən “Prosen”in forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdımı?
- Rüfət bizimlə cəmi 2 məşq edib. Bu toplanışda ümumiyyətlə, az məşq etmişik. Sabah səhərki məşqdən sonra qəti qərar verəcəm. Hal hazırda heç bir problem və heç bir futbolçu çatışmazlığı haqda düşünmürəm. Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana çıxacağını düşünürəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right