Malta millisinin üzvü: "Səfər oyunları bizim üçün həmişə çətin olub"

"Komandamız qrupda hər bir rəqibdən xal və xallar ala bilər".

Newsport.az xəbər verir ki, bu sözləri Millətlər Liqasında yımamızın rəqibi olan Malta millisinin müdafiəçisi Andre Aqius deyib. 32 yaşlı futbolçu qrupda Kosovonu favorit görür: "Kosovonun güclü heyətə malik olduğunu bilirik. Bu cür yarış üçün yüksək səviyyəli oyunçulardan ibarət komandaları var. Buna baxmayaraq, Kosovo ilə oyunlarda komandamıza inanıram. Bizi tənqid edənlərə yaxşı cavab olaraq, rəqibi büdrədə bilərik. Kosovonun futbolçuları Avropanın güclü çempionatlarında mübarizə aparır. Onlar qrupda favoritdirlər".

Təcrübəli futbolçu millimizlə keçirəcəkləri oyuna da toxunub: "Biz Bakıda çətin oyun gözləyəcək. İki vacib sınaqdan yaxşı nəticələr qazanmaq istəyirik. Səfər oyunları bizim üçün həmişə çətin vəzifə olub".

Qeyd edək ki, Malta millisi sabah Kosovo ilə, oktyabrın 14-də isə Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right