"Sumqayıt" - "Zirə" matçının vaxtı açıqlandı

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama görüşündə qüvvəsini sınayacaq.

Newsport.az  xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi oktyabrın 13-də “Zirə” ilə qarşılaşacaq. “Kapital Bank Arena”nın köməkçi meydançasında baş tutacaq qarşılaşma saat 15:30-da start götürəcək.

Qeyd edək ki, Premyer Liqada 7 turdan sonra "Sumqayıt"ın 10, "Zirə"nin 4 xalı var.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right