Millimiz Farer adalarında

Yığmaız UEFA Millətlər Liqasında 3-cü turun oyununu keçirmək üçün yollandığı Farer adalarına çatıb.
 

Newsport.az-ın məlumatına görə, komandamız Heydər Əliyev Beynəlxalq Hava Limanından Danimarkanın paytaxtı Kopenhagenə gedib. Komanda oradan Farer adalarının paytaxtı Torshavana uçub. İki saatlıq uçuşun ardından komanda yerli vaxtla saat 24:00-da (Bakı vaxtı ilə saat 03:00) "Vogar" hava limanına enib.

Qeyd edək ki, millimizin Farer adaları ilə oyunu oktyabrın 9-da "Torsvollur" stadionunda keçiriləcək. Görüş saat 22:45-də başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right