Yığmamız Kiprə qalib gəldi

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində üçüncü oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, millimiz Kiprlə üz-üzə gəlib.

Üç qolun qeydə alındığı qarşılaşma Azərbaycan yığmasının əzmkar qələbəsiylə başa çatıb.

Qarşılaşmanın 25-ci dəqiqəsində Ayşən Əhmədova avtoqola imza ataraq rəqibin hesabda önə keçməsinə səbəb olub. Lakin

34-cü dəqiqədə Vüsalə Seyfəddinova və 35-ci dəqiqədə Nino Qurqenidze ardıcıl qollarla hesabı xeyrimizə dəyişməyə nail olub.

Azərbaycan yığması əvvəlki oyunlarında Türkiyəyə 0:2, İsveçrəyə 0:3 hesabıyla uduzmuşdu. 

2-ci qrupun digər matçında İsveçrə qrup oyunlarına ev sahibliyi edən Türkiyəni 5:0 hesabıyla məğlub edib.


2-ci qrup
Kirp - Azərbaycan 1:2

Kipr: 1. Georgia Katsonuri, 2. Çarikleia Dionisiu (16. Elena Mesimeri, 76), 3. Kriso Mixael, 5. Mariya Anastasiya Karaspiru, 6. Çara Çaralambus (k), 7. Stavriana Antoniu, 9. Çaralampia Xristofi (10. Elena Aristodimou, 46), 11. Sotia Makri (15. Myrofora Adamu, 63), 13. Kristiana Zorzi, 14. Despoina Xrisostomu (20. Mariya Zakariu, 46), 18. Mariua Astaniu (19. Korina Paola Adamu, 41).
Ehtiyat oyunçular: 12. Elisavet Kiriaku, 4. Panayota Nestoros, 8. Evrisa Evripidu, 17. Marian Sokratus.
Baş məşqçi: Angelos Tsolakis.


Azərbaycan: 12. Sude Topçu, 4. Həqiqət Qasımova, 5. Ayşən Əhmədova (k), 7. Rövşanə Sərdarlı, 8. Nino Qurqenidze, 9. Sona Rəhimova, 10. Vüsalə Seyfəddinova, 11. Anna Abulaşvili (2. Lamiyə Qurbanova, 83), 14. Aytac Nemətova, 16. Salome Qasviani (13. Cəmilə Hüseynova, 21), 20. Beyzanur Aslan.
Ehtiyat oyunçular: 1. Elvira Əsgərzadə, 6. Ümnisə Əliyeva, 15. Minarə Gözəlova, 18. Nərmin Əhmədli, 21. Fidan Əbdülrəhmanova.
Baş məşqçi: Vüqar Əsgərli.

İsveçrə - 9, Türkiyə - 6, Azərbaycan - 3, Kipr - 0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right