"Sumqayıt"ın zədəlilərindən son xəbər

Azərbaycan Premyer Liqasının 7-ci turunun “Səbail”lə qarşılaşmasından sonra istirahətə buraxılan “Sumqayıt” bu gündən etibarən məşqləri bərpa edib.

Newsport.az-ın məlumatına görə, komanda Nazim Süleymanovun rəhbərliyi altında bu gün səhər məşqini keçirib. Zədəli olan Əfran İsmayılov və milli komandalarda olan Bəxtiyar Həsənalızadə, Süleyman Əhmədov, Yusif Nəbiyev və Süleyman Süleymanov hazırlıq prosesində iştirak etməyib. Rail Məlikov fitness zalında fərdi çalışmalarla kifayətlənib. Elvin Məmmədov isə zədəsini tam sağaldaraq komanda ilə birlikdə məşqlərə başlayıb. Hazırlıq prosesi ərzində müxtəlif toplu çalışmalar edilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə müddətində “Sumqayıt” yoxlama görüşü keçirməyi planlaşdırır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right