"Bizi Azərbaycanla çətin oyun gözləyir" - Ray Farruciya

“Heyətimizi böyül ölçüdə, saxlamışıq. Zədəlilərin olmaması bizi sevindirir”.
 
Newsport.az  xəbər verir ki, bunu Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasında Kosovo və Azərbaycan yığmaları ilə keçiriləcək oyunlardan öncə deyib. Maltalı mütəxəssis onları çətin oyunların gözlədiyini deyib:
 
“Bizi qarşıda 2 çətin oyun gözləyir. Məşqçilər korpusumuz yorulmadan futbolçularımızı həmin qarşılaşmalar üçün ən yaxşı formaya gətirməyə çalışır. Hazırlığın gedişindən çox məmnunam”.
 
Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu saat 20:00-da başlayacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right