Rüfət Dadaşov: "Milliyə belə tez dəvət alacağımı gözləmirdim"

Millimizin və Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in hücumçusu Rüfət Dadaşov Almaniyanın “Bild” nəşrinə müsahibə verib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı forvard uzun müddət sonra yığmaya dönüşü barədə danışıb.

- Milliyə dəvət aldığın üçün təəccübləndin?

- Yenidən milli üçün oynamağı xəyal edirdim. Dürüst olmaq lazmdırsa, belə tez dəvət alacağımı gözləmirdim. "Proyssen" klubuna və məşqçi heyətimizə təşəkkür edirəm.

- Əsas heyətə düşmək imkanlarını necə qiymətləndirirsən?

- Əlbəttə, oynayacağıma inanıram. Amma yığmada rəqabətin necə səviyyədə olduğunu indi bilmirəm. Uzun müddətdir yığmadan kənarda qalmışam və yeni oyunçuları tanımıram.

- "Proyssen"in sabiq futbolçusu Dmitri Nazarov da milliyə dəvət alır.

- Dima ilə birgə Bakıya gəlmişik. Biz yaxşı dostuq. Millidə eyni otaqda qalırıq.

- Bakıda anadan olmusunuz və ailəniz hazırda orada yaşayır. Onlarla görüşmək imkanınız oldumu?

- Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşdim. Hər kəsi yenidən görmək çox gözəl idi.

- Millətlər Liqasının növbəti turunda oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsınız. Komandanızı nə gözləyir?

- Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right