Millimizin oyununda hakim dəyişikliyi

UEFA Millətlər Liqasının 3-cü turunda keçiriləcək Farer adaları - Azərbaycan oyununun hakimlərindən biri dəyişdirilib.

Newsport.az-ın məlumatına görə, əlavə köməkçi hakim Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib. Bu barədə UEFA-nın saytında qeyd edilib.

Qarşılaşmanın baş hakimi Aleksey Yeskov olacaq.

Qeyd edək ki, Torshavn şəhərindəki "Torsvollur" stadionunda keçiriləcək Farer adaları - Azərbaycan oyunu oktyabrın 11-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right