Tural Axundov 250-yə çatdı

Azərbaycan Premyer Liqasının 7-ci turu “Neftçi”nin futbolçusu Tural Axundov üçün yubileylə əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, “Sabah”la matçın (2:0) 82-ci dəqiqəsində meydana daxil olan müdafiəçi Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Yarışda 2008/09 mövsümündə MOİK-in heyətində debüt edən Axundov sonradan “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz” və “Sumqayıt”da da çıxış edib. Müdafiəçinin hesabında 17 qol var.

Axundov ölkə çempionatında 250 və daha çox oyun keçirən 58-ci futbolçu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right