“Zirə”nin yubiley qələbəsi

“Zirə” Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə ilk qələbəsini qazanıb. 

Newsport.az-ın məlumatına görə, 7-ci turun “Qəbələ” ilə matçında 1:0 hesabı ilə qalib gələn “qartallar” bununla da yubiley qələbəsini bayram edib. Qəsəbə klubu Premyer Liqada 40-cı dəfə 3 xala sevinib.

Bunadək “Zirə”nin hesabında 39 qələbə var idi. “Qartallar” 2015/16 mövsümündə 17 qarşılaşmada qalib gəlmişdi. Sonrakı mövsümdə 10 dəfə 3 xal qazanan komanda 2017/18 mövsümündə 12 dəfə uğur qazanıb.

“Zirə” evdə daha çox qələbə əldə edib. Öz meydanında 26-cı uğurunu qeyd edən “Zirə” futbolçuları səfərdə 14 dəfə 3 xal qazanıb.

Qeyd edək ki, komanda ilk qələbəsini 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda rəsmiləşdirib – 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right