Ruslan Qurbanovla “Sumqayıt”dan yubiley

Azərbaycan Premyer Liqasının 7-ci turunun “Səbail” - “Sumqayıt” matçında (2:0) vurulan ikinci qol ikiqat yubileylə əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, Ruslan Qurbanov Azərbaycan çempionatlarında 35-ci qolunu vurub.

Hücumçu buna özünün 170-ci oyununda imza atıb. O, bombardirlər siyahısında Samir Əliyev və Viktor Kulikovla 69-71-ci yerləri bölüşür. “Neftçi”də 19, “Sumqayıt”da 9, “Qəbələ”də 6 dəfə fərqlənən Ruslan “Səbail”də qol hesabını açıb.

Bu top “Sumqayıt”ın Premyer Liqada buraxdığı 200-cü səfər qoludur. 117-ci matçda bu qədər qol buraxan komanda orta hesabla 1,71 topa üzülüb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right