Azərbaycan Premyer Liqasında 570 gün sonra

Azərbaycan Premyer Liqasının 7-ci turu meydan sahiblərinin aşkar üstünlüyü ilə keçib.

Newsport.az-ın məlumatına görə, oynanılan üç görüşdə qonaq komandalar nə xal qazanıb, nə də qol vurub. “Neftçi” “Sabah”ı, “Səbail” “Sumqayıt”ı eyni – 2:0, “Zirə” Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.

Belə hadisə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınıb. Martın 13-14-də keçirilən 22-ci turun 4 matçında meydan sahibləri qalib gəlib. Bütün oyunları 1:0 hesabı ilə başa çatan turda qonaqlar qol da vura bilməyib. Düzdür, indikindən fərqli 570 gün əvvəl 3 deyil, 4 oyun keçirilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right