"Mübarizə hələ qabaqdadır" - Roberto Bordin

"Komandamı təbrik edirəm. Say azlığında qalsaq da, əzmkarlıq göstərdik".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının VII turunda "Sabah"a 2-0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. İtaliyalı mütəxəssis qələbəni komandanın hücumçusu Kvame Karikariyə həsrt etdiklərini deyib: "Bu qələbəni anasını itirmiş Karikariyə həsr edirik. Onu da qeyd edim ki, bizi ilk olaraq məhz Karikari təbrik etdi".

 

Bordin ilk dövrə barədə bunları deyib: "Sevindirici haldır ki, liderik. Mübarizə hələ qabaqdadır. Çalışacağıq ki, mövqeyimizi qoruyaq. Çempionatda yaxşı komandalar var və onlarla maraqlı mübarizə gedir".

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right