"Bu qələbəyə ehtiyacımız var idi" – "Zirə"nin futbolçusu

“Çox çətin oyun keçdi. Çempionatda ilk qələbəmizi qazandıq. Bu qələbəyə ehtiyacımız var idi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin futbolçusu Miloş Radivoyeviç Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Qarşılaşmailə bağlı fikirlərini bildirən serbiyalı futbolçu matça  yaxşı kökləndiklərini söyləyib:

“Oyunun çətin keçməyinin bir səbəbi də buna qədər heç bir matçda qalib gələ bilməməyimiz idi. Üzərimizdə təyziq hiss edirdik. Qarşılaşmaya yaxşı köklənmişdik. Əvvəlcədən planlaşdırmışdıq ki, bütün komanda olaraq müdafiədə inamlı oynayıb, əks-hücumlarda əlimizə düşən fürsətlərdən maksimum yararlanaq. Ümid edirəm ki, növbəti oyunlarda daha rahat olacaq”.

Komandasının qələbə qoluna imza atan yarımmüdafiəçi zaman ehtiyacları olduğunu bildirib:”Bildiyiniz kimi, bizdə baş məşqçi dəyişikliyi oldu. Yeni məşqçinin gəlişi komandada yeni futbol fəlsəfəsinin tətbiq olunacağı deməkdir. Biz də bilirik ki, Futbolçuların Samir müəllimin fəlsəfəsinə uyğunlaşaraq, bir-birlərini anlaması üçün vaxta ehtiyacımız var. Oyundan-oyuna daha da yaxşı oluruq. Zaman keçdikcə biz məşqçiyə, məşqçi də bizə bələd olur. Belədə baş məşqçimizin tələblərini tam olaraq yerinə yetirə biləcəyik. Bundan öncəki matçlarda da yaxşı mübarizə aparmışdıq. Amma əfsuslar olsun ki, üç xal qazana bilməmişdik”.

28 yaşlı oyunçu rəqibə qol şansı vermədiklərini deyib: “Düşünmürəm ki, bu gün bizim qalib gəlməyimiz yox, “Qəbələ”nin məğlub olması daha önəmlidir. Çünki biz bu oyuna ciddi hazırlaşmışdıq. Demək olar ki, “Qəbələ”yə şans vermədik. Müdafiədə kompakt oynadıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right