"Komandanı silkələmək, ayıltmaq lazımdır" - "Qəbələ"nin məşqçisi

Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ" səfərdə "Zirə"yə 0-1 hesabı ilə uduzub.

Newsport.az-ın məlumatına görə, oyundan sonra qonaqların məşqçisi Elmar Baxşıyev məğlubiyyəti şərh edib: "Məğlub olduq və danışmağa ehtiyac yoxdur. "Qara zolağ"a düşmüşük və bundan çıxmalıyıq. Hələ ki alınmır. Sanki nəsə çatışmır. İnanıram ki, vəziyyətdən çıxa biləcəyik. Komandanı silkələmək və ayıltmaq lazımdı".

Baxşıyev baş məşqçi Sənan Qurbanovun istefası ilə bağlı verilən suala belə cavab verib: "Rəhbərliyin onunla bağlı nə qərar verəcəyini bilmirəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right