Şeydayev baş məşqçisiz qaldı

Rusiyanın “Krılya Sovetov” klubu baş məşqçisiz qalıb.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi komandanın çalışdırıcısı etdiyi Andrey Tixonov istefa verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstefaya komandanın Rusiya Premyer Liqasındakı uğursuz çıxışı səbəb olub. Belə ki, 9 turdan sonra Ramilin komandası cəmi 7 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Tixonov 2017-ci ildən Samara təmsilçisini çalışdırırdı. “Krılya Sovetov”u Birinci Divizondan Premyer Liqaya məhz 48 yaşlı mütəxəssis çıxarsa da, elitadakı uğursuzluqlar istefa ilə nəticələnib.

Qeyd edək ki, Tixonov yay fasiləsində transfer edilən Şeydayevə cəmi 1 matçda şans verib. Ramilin komandası sabah 10-cu tur çərçivəsində doğma meydanda Moskva “Dinamo”su ilə üz-üzə gələcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right