“Neftçi”nin baş məşqçisi həmyerlisi ilə görüşdü

“Neftçi”nin baş məşqçisi Roberto Bordinlə AFFA-nın qonağı olan italiyalı idman jurnalisti Emanuele Culianelli arasında görüş keçirilib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın inzibati binasında baş tutan görüşdə italiyalı mütəxəssis həmyerlisini maraqlandıran sualları cavablandırıb. Sonda Bordin “Neftçi”yə uğurlar arzulayan jurnalistlə xatirə şəkli çəkdirib.

"Corriere della Sera” və "La Gazzetta dello Sport” kimi İtaliya qəzetlərində çalışmış Emanuele Culianelli bir neçə kitabın müəllifidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right